Ötən gün model Naomi Kempbell kamerlara tuş gəlib.

Unikal.org xarici KİV-nə istinadən xəbər verir ki, ticarət mərkəzlərindən birində görüntülənən model etdiyi alış-verişdən çox geyimi ilə diqqət çəkib.

Belə ki, o koronavirusdan qorunmaq üçün nəinki maskadan, hətta tulum və qoruyucu eynəkdən də istifadə edib. 50 yaşlı Naominin bu geyimləri onlayn sifariş etdirdiyi məlum olub.

Model tulumu ilk dəfə geyindikdə insanların "Tulumları niyə oğurlayır? Niyə xəstəxanaya təhvil vermir?" kimi tənqidlərinə məruz qalıb. Bəziləri isə Naominin geyimləri istifadə etdikdən sonra moda muzeyinə verəcəyini bildirib.