Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 29 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1650 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar hazırda 6020 nəfər karantində saxlanılır, 299 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 1310 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.