Məşhur cütlük Bergüzar Korel ve Halit Ergenç evliliklərinin 11-ci il dönəmini yaxın dostları ilə birlikdə qeyd ediblər.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Bergüzar Korel həyat yoldaşı ilə birgə çəkilmiş foto paylaşıb. Fotoda açıqlama yerinə aktrisa "Canım sevgilim, səninlə keçirdiyim hər an, yaşadığımız xoşbəxt günlər, sənin üçün axıtdığım göz yaşları, yaşadığımız hər şey halalın olsun. Səni çox sevirəm, 11 ilimiz mübarək olsun" - yazıb