ABŞ-da son sutka ərzində 49 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki,  bu müddət ərzində 279 xəstə ölüb.

Ondan əvvəl ölkədə sutka ərzində 45 mindən çox yoluxma qeydə alınmışdı. ABŞ-da bəzi ştatlar yumşaltdığı karantin rejimini yenidən sərtləşdirməyə başlayıb.

Qeyd edək ki, bu günədək ölkədə koronavirusa yoluxanların sayı 2,8 milyon nəfəri keçib, 130 minə yaxın xəstə həyatını itirb.