Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası haqqında araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların sayının ən çox olduğu ölkə olan ABŞ-ın Nyu-York ştatında pandemiyaya yoluxanların statistikası yayımlanıb.

Məlumata görə, koronavirusa yoluxanların 84 faizini evdən çıxmayanlar təşkil edib. Bu statistika insanları şoka salıb.

Qeyd edək ki, təkcə Nyu-Yorkda 19 mindən çox insan pandemiyanın qurbanı olub.