Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Xidmətdən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 7-9, gündüz  11-15, Bakıda gecə 7-9, gündüz  12-14 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.  

Aprelin 25-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.