"Unikal" qəzetinin baş redaktoru, şəhid oğlu Zaur Əhməd atası Əhməd Məmmədovun şəhid olmasının 26-cı il dönümü ilə əlaqədar məktub yazıb.

Unikal.org xəbər verir ki, jurnalistin "ATAMA MƏKTUB..." başlığı ilə hazırladığı video-sujeti oxuculara təqdim edirik. Qəlbi vətəni eşqi ilə döyünən hər bir şəxs bu video-sujeti izləyərkən kövrəlmədən, ruhlanmadan keçə bilməz...

Məktubun qısa yazılı MƏTNİ BELƏDİR: "Atam apreldə dünyaya gəlib. 35 il sonra, elə aprel ayında bu dünyadan Şəhidlər diyarına köçüb. O diyara ki, orda cəsarət, vətən sevgisi, qeyrət, milli ruh keçərlidir. O diyara yalnız bu keyfiyyətləri olanlar köçür. Özü də şəhid olduqları an necə idilərsə, o cür də qalırlar. Nə qocalırlar, nə gəncləşirlər. Zahirən hər kəs nurlu olur. Nurlu insanlar diyarı. Yox, nə insan? ŞƏHİDLƏR diyarı…
Düz, 26 ildir aramızda deyil Atam. Amma ruhu bizimlədir, mənimlədir".