Kürdəmir rayonunda koronavirus infeksiyasının  yayılmasının qarşısının  alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, rayonda epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq, təxirəsalınmaz işlər görülür. İnfeksiyanın qarşısını alnması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Profilaktik tədbirlərin xüsusi karantin rejimi dövrü bitənədək keyfiyyətlə aparılması Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır. 
Rayon ərazisində yerləşən çoxmənzilli binaların girəcəkləri, pilləkən qəfəsləri və ətraf sahələr gündəlik olaraq təmizlənərək, dezinfeksiya edilir. Bundan əlavə, küçə və prospektlər, sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələri və dayanacaqlar, ticarət və xidmət obyektləri, ödəniş terminalları, bankomatlar xüsusi dezinfeksiya məhlulları ilə mütəmadi təmizlənir.

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı yaradılmış mobil maarifləndirmə qrupları tərəfindən əhali ilə söhbətlər aparılaraq, fərdi şəkildə izahetmə işləri həyata keçirilir.