Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. 

Unikal.org-a  rəssamın yaxınlarının verdiyi məlumata görə,  R.Şerif martın 26-da vəfat edib. 

R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.