"Neftçi” Futbol Akademiyası komandalarının məşqlərinə verilən fasilə martın 23-dək uzadılıb.

Unikal.org-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə atılıb.  

Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları martın 27-dək təxirə salınıb.