“Müvəqqəti yaranan texniki problem səbəbindən Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı siyahıda görünməyib".

Unikal.org xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, anlaşılmazlığa səbəb Nazirliyin rəsmi saytında yaranan texniki problem olub.

20:07

xxx

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb. 

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb. 

Orxan Həsənli