ABŞ-ın “Feniks Rizinq” klubuna keçən Rüfət Dadaşov qış transfer pəncərəsi dövründə Vyetnamın “Nam Din” klubunda baxışda olub.

Unikal.org xəbər verir ki, bu barədə “bongdanet.vn” saytı məlumat yayıb. Rüfətlə yanaşı, Rafealson, Qabriel Do Karmo, Davinniao və Lubomur Ulrix də “Nam Din”in düşərgəsində olub. Ancaq bu futbolçulardan yalnız Rafealson bəyənilib.

“Nam Din”ə keçidi baş tutmayan Rüfət, “Feniks Rizinq”lə müqavilə imzalayıb.

2013-cü ildə Azərbaycan millisində debüt edən 28 yaşlı hücumçu, yığmada keçirdiyi 24 oyunda 5 qol vurub.