İndoneziyada sosial şəbəkə vasitəsilə tanış olduğu birinə mesaj göndərən qız onun əkizi olduğunu öyrənib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nadya Elvira Cənubi Sulavesidə yaşayan 16 yaşlı Nabila Az-Zahra-ya "Səncə biz bir-birimizə çox oxşamırıq mı? mesajını atıb. Onlar görüntülü zənglə danışıblar və keçmişlərinin eyni olduqlarının fərqinə varıblar. Nabila 16 il əvvəl ögey övlad olaraq başqa bir ailəyə verildiyini öyrənib.

Əkizlərin möcüzəvi qarşılaşması sosial şəbəkədə böyük marağa səbəb olub.