21 Sentyabr 2019
Azərbaycan - Xorvatiya oyunda hakim dəyişikliyi edilib
Azərbaycan - Xorvatiya oyunda hakim dəyişikliyi edilib İDMAN 18:30 2019-09-08

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.

AFFA-dan Unikal.org-a verilən məlumata görə, Sladan Josipovicin səhhətində problem yarandığı üçün yan xətt hakimi Alain Heiniger olacaq.

Xatırladaq ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşünün əsas baş hakimi Sandro Scharer olacaq.