17 Sentyabr 2019
16 Sentyabr 2019
Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub - FOTOLAR
Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub -FOTOLAR CƏMİYYƏT 16:48 2019-08-16

Prezident  İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir. Sumqayıt  şəhərinin  İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan  9 nömrəli  tam  orta  məktəbin  binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil müəssisəsinin tikintisi ilə yaxından taqnış olub.

Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Sumqayıt  şəhər 9 nömrəli  tam orta məktəb 324 yerlik idi. Məktəb  üçün 2008-ci ildə yeni  korpus inşa edilib və 624 yerlik olub. Lakin məktəbin əsas binası yararsız vəziyyətdə olduğundan, yerləşmə mövqeyinə görə şagird kontingentinin çoxluğu, eləcə də məktəbin qədim tarixə malik olması yenidən əsaslı şəkildə yeni  binanın tikintisinə  zəmin yaradırdı. Ölkə prezidentinin də məlum sərəncamı bütün sadalananların öz həllini tapmasına imkan verdi. İndi artıq valideyinlər övladlarının müasir məktəbdə təhsil alacaqları üçün çox sevinclidirlər.

Bildirildi ki, 4 korpusdan ibarət  yeni məktəb binasında 69  sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.


  • Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub -FOTOLAR
  • Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub -FOTOLAR
  • Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub -FOTOLAR
  • Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub -FOTOLAR