Rusiyanın kikboksinq millisinin üzvləri Elina Qismeyeva və Fatima Jaqupova dənizdə boğulub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sevastopol şəhərində baş verib.

Avqustun 4-də baş verən hadisə zamanı Elina fırtınada dənizə tullanıb. Bu zaman o, körpüyə çırpılıb. Fatima isə onu xilas etmək üçün suya düşəndə boğulub.

Qeyd edək ki, Fatima ötən mövsüm dünya çempionu olub, Elina isə gümüş medal qazanıb