İki qayığın çevrilməsi nəticəsində 7 nəfər ölüb, 44 nəfər itkin düşüb. Hadisə Filippinin İloilo şəhərinin sahillərində baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mühərrikli qayıq Qimaras bölgəsinə doğru hərəkət edirmiş. 

Mühafizə xidmətinin məlumatına əsasən, qayıqların birində 43 sərnişin və 4 heyət üzvü, digərində isə 4 heyət üzvü olub. İtkin düşən sərnişin və heyət üzvlərinin axtarışı davam edir.