20 Avqust 2019
Elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI
Elektron qolbaq daşıyan məhkumların sayıAÇIQLANDI KRİMİNAL 18:59 2019-07-17

“Məhkumlardan 4700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib”.

Unikal.org xəbər verir ki, bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarım ilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov deyib. 

O bildirib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu ilin birinci yarım ilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş  1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib.

A. Ziyadov qeyd edib ki, cəza müddəti bitən və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb: “Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır”.