19 Sentyabr 2019
İsmayıllı şəhər bazarı zibillik  içində - FOTOLAR
İsmayıllı şəhər bazarı zibillik  içində -FOTOLAR REPORTAJ 18:52 2019-07-08

Ölkəmizin turizm zonalarından sayılan İsmayıllı rayonunun bazarının ətrafı qalaqlanan  zibillik içərisindədir.

Unikal.org-un məlumatına görə,  zibillərin vaxtaşırı yığılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması, bazarətrafı küçə ticarəti və daha nələr bazarın əsas problemlərindəndir. Bunun acısını isə ərazidə yaşayan sakinlər və bir də bazara üz tutan alıcılar çəkir. Nə təmizliyə əməl edən var, nə də ətrafa dağılan zir-zibili, qida qalıqlarını təmizləyən. Üfunətdən bazar ətrafına yaxınlaşmaq mümkün deyil. Havaların qızmasını nəzərə alsaq, o zaman yaxın günlərdə mənzərənin hansı durumda olacağını təsəvvür etmək heç də çətin deyil.

Havalar qızdıqca, yay aylarında bazar ətrafında vəziyyət daha da dözülməz olur.

Rəhbərliyin yaranmış vəziyyətə laqeyd münasibətinin əziyyətini isə sadə insanlar çəkir.

  • İsmayıllı şəhər bazarı zibillik  içində -FOTOLAR