Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.

Unikal.org xəbər verir ki, Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib. 

Qeyd edilib ki, yanğından zərər çəkən 23 məcburi köçkün ailəsi müvəqqəti evlərlə təmin olunacaq.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə deyib ki, bu gün axşama kimi zərərçəkənlər kirayə evlərlə təmin olunacaqlar: "Bununla bağlı komissiya yaradılıb".