Bu gün Bakının üç qəsəbəsində içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu”dan Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.