Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org  FHN-ə istindaən xəbər verir ki, rayonda ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.