Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org-un verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə P.Nəbizadəyə şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb. 

İttihama aktına əsasən, P.Nəbizadə vətəndaşdan 300 manat alıb.

Qeyd edək ki, P.Nəbizadə uzun illər Nərimanov Rayon İcra Şöbəsində icra məmuru kimi fəaliyyət göstərib və bu ilin əvvəllərində vəzifə səlahiyyətlərini yerinə yetirən zaman rüşvət aldığına görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.