1990-cı ilin iyul ayında ilk dəfə təqdim olunan "Ruh ("Ghost) filminin üstündən 28 il keçir.

Unikal.org xarici mediaya istinadən film haqda heç vaxt eşitmədiyiniz faktlar haqda məlumat verir.

Ekran işinin rejissoruCerri Çukerdir. O, "Ruh filminə qədər yalnız komediya çəkib. Ona görə Cerrinin belə bir film ərsəyə gətirməsi və onun uğur qazanacağı hamı üçün şübhəli idi.



Filmdə çəkilməyə bir sıra dünya ulduzları dəvət olunsa da, amma onların çoxu razılıq verməyib. Məsələn, ekran işinin əsas qəhramanı "Sem obrazındaBrüs Villisçəkilməli imiş. Lakin o, ekran işində ölmüş bir adamı canlandırmaq istəmədiyini və filmin uğur qazanmayacağını deyib. Ekran işi təqdim olunanda və böyük maraq doğuranda Brüs peşman olduğunu dilə gətirib.



"Sem obrazı üçün daha sonra aktyor Patik Sueyziyə müraciət olunub. Onun da özünün şərtləri olub. Patrik bildirib ki, ekran işində falçı rolunda Vupi Qoldberq oynamalıdır. Əslində Sueyzi heç vaxt onunla bir filmdə çəkilməyib və tanışlığı da olmayıb. Sadəcə aktyor onun pərəstişkarı olub və həmişə onunla eyni layihədə tərəf müqabili olmağı arzulayıb.



O zaman 35 yaşı olan Vupiyə oynadığı obraz "Oskar, "Qızıl qlobus, "BAFTA kimi makafatlar qazandırıb.



Filmin əsas obrazlarından biri "Molliyə isə Nikol Kidman, Madonna, Kim Beysinqer, Mişel Pfayver kimi aktrisalardan birini çəkmək nəzərdə tutulsa da, sondaDemi Murun üzərində dayanılıb. Buna səbəb isə Deminin istənilən vaxt ağlaya bilməsidir. Maraqlıdır ki, Mur lazım gələrsə, ilk öncə hansı gözdən yaş axıdacağı bacarığına da sahibdir.