Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda parkın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin (çayxana kimi fəaliyyət göstərib) yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.