Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Məşvərət Şurasının (AMŞ) növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun yazılı açıqlama yayıb.

Altun toplantıda yeni konstitusiya işlərinin müzakirə edildiyini və Türkiyənin sivil, demokratik, liberal və əhatəli bir konstitusiyaya ehtiyacının olduğunu açıqlayıb.

Şura üzvləri ötən il fevralın 6-da baş vermiş zəlzələlər və onun nəticələri, ölkə gündəmindəki siyasi, iqtisadi və təhsil məsələləri, eləcə də Türkiyənin üzləşdiyi regional və qlobal problemlər ətrafında məsləhətləşmələr aparıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə xarici siyasət və digər sahələrdə ən məhsuldar addımların atılması ilə Türkiyənin hədəflərinə mütləq çatacağını, fövqəladə bir vəziyyət baş vermədiyi təqdirdə 2024-cü ilin ikinci yarısından etibarən ölkədə tətbiq edilən iqtisadi proqramın müsbət nəticələr verəcəyini vurğulayıb.