Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə bu günrayonun Çöl Qubalı kəndində qeydə alınıb.

Kənd sakini, 1977- ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov su kanalında elektrik enerjisi ilə balıq tutmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.