Bu gün günorta saatlarında Bakıda yol qəzası baş verib.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində 10 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında baş verib.

İlkin məlumata görə, iki "VAZ 2106" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində orta yaşlı 1 kişi xəsarət alıb. O, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya aparılıb.