Gəncə şəhərində inzibati binada yanğın qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev küçəsi, 10 ünvanında yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki otaqların birində baş verib.

Ümumi sahəsi 1600 kv/m olan binanın 1 otağı 50 kv/m sahədə içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın və briqada cəlb olunub və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanan otaq həmin binada yerləşən Samux Dövlət Ovçuluq Təsərrüfat Şöbəsinə məxsusdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.