Sumqayıtda qətl hadisəsi törədilib.

Unikal.org xezerxeber.az-a istinadən xəbər  verir ki, hadisə şəhər avtovağzalının yaxınlığında baş verib. Sumqayıt şəhər sakini , 27 yaşlı Amal Nadirli naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb. O boyun nayihəsindən aldığı ağır zərbədən dünyasını dəyişib. 
Qətli törədən şəxs və ya şəxslər isə hadisə yerini tərk ediblər.
Hazırda hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb,əməliyyat axtarış tədbirləri həyata keçirilir.