Gəncədə bıçaqlanma hadisəsi olub.

Unikal.org bildirir ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

Belə ki, Gəncə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Zaur Vidadi oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdilirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.