Çində korrupsiyada təqsirli bilinən "Longmay Mining Holding" dövlət kömür şirkətinin sabiq rəhbəri Yuy Tei ölüm cəzasına məhkum edilib.

Unikal.org-un "TASS"a istinadən verdiyi xəbərə görə, Yuy Tei 306,8 mln. yuan (45 mln. dollar) məbləğində rüşvət almaqda təqsirli bilinib.

Qeyd edək ki, Çində ölüm hökmləri qısa müddət ərzində icra olunur.