Salyanda qadın qadını bıçaqlayıb.

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabr ayının 25-də Salyan rayonunun Xocalı kəndində törədilib. Hadisə nəticəsində kənd sakini Aygün Həsənova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulmuşdur.

Hadisənin səbəbləri araşdırılır.