Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuliqızının üzərinə benzin tökərək yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir.

V.Quliyeva ailənin yeganəövladı olub. Atası FüzuliQuliyev Rusiyaya işləmək üçün gedib.

Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B.Qasımovanı axtarır.

Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib.

Gəncədə ana 12 yaşlı qızını öldürüb.

Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, fakt şəhərin YeniGəncəqəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isə Xalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.