Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib.

Unikal.org report-a istinadən məlumatına görə, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

Hadisəni törədən şəxs qaçıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

Salyanda 23 yaşlı gənci qətlə yetirməkdə şübhəli sayılan şəxs polis tərəfindən saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu qətlə yetirməkdə şübhəli sayılan Salyan rayon sakini 1996-cı il təvəllüdlü Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.

Qətlin motivi araşdırılır.

23 yaşlı oğlanı küçədə öldürdülər  -  Salyanda qətl+Foto
23 yaşlı oğlanı küçədə öldürdülər  -  Salyanda qətl+Foto