Gəncə sakinindən tapança və patronlar götürülüb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sənan İbrahimovdan "Makarov markalı tapança, 8 ədəd patron, evinə baxış zamanı isə oradan "RQD-5 markalı qumbara aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar aparılır.