Rusiya polisi Sankt-Peterburqda qanuni oğru Alxas Qudautskini həbs edib.

Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.
Qudautskiyə qarşı Sankt-Peterburqdakı restoranlardan birində əməliyyat həyata keçirilib. Onun üzərindən 12 qram kokain tapılıb.

Qeyd edək ki, Qudautski əslən Gürcüstandandır. O, kriminal aləmdə daha çox Mikeladze qardaşlarına yaxın hesab edilir. Mikeladze qardaşları isə rus mafiyasının mərhum lideri Ded Xasan və ondan sonrakı liderlərə qarşı əsas müxaliflərdən hesab olunurlar.