Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşənə öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirib. 
Image result for Lalə Mahmudova
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən L. Məmmədova ifadə verib, lakin onun ifadəsi qapalı şəraitdə alınıb.
Məlumata görə, L. Məmmədova ifadəsində özünü təqsirli bilməyib. O, həyat yoldaşının qətlə yetirilməsindən xəbərsiz olduğunu deyib. S. Məmmədov isə qətli törətdiyini etiraf edib. Sonra proses açıq keçirilib.

Təqsirləndirilən S. Məmmədovun qardaşı Əli Məmmədov ifadəsində deyib ki, qardaşının adam öldürnəsindən xəbərsiz olub, bunu İsmayıllıya gələn polis əməkdaşları onun bağında axtarış apararkən bilib: "Qardaşım sentyabr ayında İsmayıllıya bağa ağac əkməyə gətirdiyini dedi. Mən də dedim ki, bu ayda ağac bitməz, o da dedi ki, narahat olma, taxta yeşikdədir. Mən də ağac üçün quyunu qazıb, getdim. Həmin bağa iki gün sonra getdim və gördüm ki, oralar yığışdırılıb, ancaq ağac əkilməyib. Qazdığım quyu isə torpaqla doldurulub".

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib. S. Məmmədov K. Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb. Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.