Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.