Bakıda 3 il əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyən edilib.

E. Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulub.