Bakıda qol gücünə sakinlərdən pul alan şəxs tutulub

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Bakı şəhər sakini Rasif Dövlətovu və qardaşı Rəşidi döyüb, onlardan 1890 manat almaqda şübhəli bilinən Lerik rayon sakini Nicat Allahverdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.