Hakan Şükürün Fətullah Gülənlə olan görüntüsü hər kəsdə təəccüb yaradıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə keçmiş futbolçu Hakan Şükürün FETÖ lideri Fətullah Gülən ilə birlikdə eyni süfrə arxasında əyləşib yemək yeyirlər. Görüş zamanı "Qalatasarayın vəziyyəti də müzakirə edilib.

Gülənin dedikəri də xeyli diqqət çəkib. FETÖ lideri "Dua ilə "Qalatasaray"ı dirçəltmək lazımdır"- sözlərini deyib.

Bu görüntülər Hakan Şükürün "Aslanların heyətində top qovduğu vaxtlarda çəkilib.