Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda çətənə kolu aşkarlayıb.

Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, Həzi Aslanov qəsəbə sakini Dilqəm Dəryaquliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8800 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.