Çox vaxt oturaq həyat tərzinin nəticələri ilə mübarizə aparmaq üçün ayaq üstə işləmək tövsiyə olunur. Bidirilir ki, bu, duruşu yaxşılaşdırmağa və bədənin bir çox əzələlərində sərtliyin qarşısını almağa kömək edir.

"Unikal" xəbər verir ki, rusiyalı osteopat həkim İqor Titovun bu fikrin yanlışolduğunu bildirib. 

Onun sözlərinə görə, işləyərkən bu mövqe ayaqlarda və beldə ağrıya səbəb ola bilər:

"Oturaq həyat tərzinin zərərləri danılmazdır. Və burada, görünür, açıq seçim ayaq üstə işləməkdir, çünki o zaman onurğa daim əyilmiş vəziyyətdə olmağı dayandırır. Bu da qan dövranına və duruşa müsbət təsir göstərir. Ancaq əvvəllər kresloda rahat işləməyə vərdiş etmisinizsə və birdən kürəyinizə və ayaqlarınıza belə bir yük qoysanız, o zaman belinizdə və ayaqlarınızda diskomfort və ağrıdan başqa heç nə hiss etməyəcəksiniz. Buna görə də ən yaxşı seçim iş günü ərzində sadəcə olaraq 5 dəqiqəlik qısa fasilələr verməkdir – sadəcə qalxıb ətrafda gəzmək və ya yüngül isinmə hərəkətləri etməkdir.  Yüngül, sadə məşqlər qan dövranını yaxşılaşdırmağa kömək edəcək və uğurlu iş üçün sizə enerji təkan verəcək”, - osteopat məsləhət görüb. 

Bundan əlavə, bir çoxları ayağa qalxmağın daha çox kalori yandıra biləcəyini qeyd edir. Ancaq bunun tamamilə doğru deyil.  

"Ayaq üstə işləyərkən və oturarkən yandırılan kalorilərin sayındakı fərq heç də böyük deyil. Oturan insan saatda təxminən 80 kilokalori, ayaq üstə duranda isə 88 kilokalori sərf edir. Bu, səkkiz saatlıq iş günü üçün 64 kilokalori təşkil edir, bu o qədər də çox deyil”, - deyə mütəxəssis yekunlaşdırıb.

Gülayə Mecid