Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

"Unikal" xəbər verir ki, bütün titulları “Qarabağ”ın “sükanı arxasında" qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Azərbaycan Premyer Liqasının XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə edilib.

Qurbanov bundan əvvəl 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.