Ermənistanda ehtiyatda olan polkovnik Mihran Mahsudyanın oğlu Vaaqn Mahsudyan məhkəmə tərəfindən 2 ay müddətinə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan öz "Facebook" səhifəsində yazıb.

Bildirilir ki, polkovnikin oğlu Tavuş bölgəsindəki Azərbaycanla sərhədin delimitasiyasına etiraz aksiyaları zamanı saxlanılaraq həbs edilib.