“ABŞ və Böyük Britaniya Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzindəki silahlı hücumdan əvvəlcədən xəbərdar idi”.

"Unikal" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Rusiya Prezidenti Vladimir Putinə və rus xalqına başsağlığı verən Aleksandar Vuçiç qeyd edib: "Martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını ticarət mərkəzlərinə getməməyə çağırıb, ingilislər və başqaları da bunu etdilər. Bu o deməkdir ki, onların xüsusi xidmət orqanları hansısa danışıqlara qulaq asıb, məlumat alıblar və bunun baş verəcəyini bilirdilər”.

Vuçiç terror akının böyük nəticələrə səbəb ola biləcəyini, Serbiya Milli Təhlükəsizlik Şurasının bu gün toplanacağını bildirib. O, toplantıda Moskvadakı terror hücumunun da müzakirə olunacağını bəyan edib.