Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır.

"Unikal" xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktında iştirakı barədə məlumat almayıb.

Qeyd edək ki, Rusiya KİV-i "Crocus City Hall"da baş verən terror aktında şübhəli bilinən altı nəfərdən dördünün adını açıqlayıb. Adı açıqlanan şəxslərin Tacikistan vətəndaşları olduqları vurğulanıb.