Belarus lideri Aleksandr Lukaşenko Moskva yaxınlığındakı Crocus City Hallda baş vermiş faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Belarus lideri baş verənləri günahsız insanlara qarşı dəhşətli terror hücumu adlandırıb.

"Biz heç bir əsası olmayan günahsız insanların bu vəhşicəsinə qətlini qətiyyətlə pisləyirik. Əminəm ki, bu zorakılığın planlaşdırılmasında və törədilməsində iştirak edənlərin hamısı müəyyənləşdiriləcək və layiqli cəzalarını alacaqlar", - Belarus liderinin Putinə zəngində deyilir. 

Ağarza Elçinoğlu