Türkiyəli mütəxəssis Rıza Çalımbay futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin oluna bilər.

"Unikal" xəbər verir ki, bu barədə treyner özü istəyini ifadə edib. 

Lakin 61 yaşlı çalışdırıcı hələ ki, rəsmi təklif almadığını bildirib: "Ancaq mənim adımın bu komanda ilə hallandığını eşidirəm. İnanıram ki, bir neçə gündən sonra mənimlə əlaqə saxlayacaqlar. Azərbaycan millisinə rəhbərlik etmək təklifi gəlsə, qəbul edərəm".

Qeyd edək ki, Canni De Byazi istefa verdikdən sonra Azərbaycan millisinin baş məşqçi postu boş qalıb.

Ağarza Elçinoğlu